TARİXİMİZ

Sovet İttifaqının dağılmasından sonra sərbəst qalan digər sosialist ölkələri kimi Azərbaycan da, iqtisadiyyatını bazar iqtisadiyyatının prinsipləri əsasında qurmaq qərarına gəldi.

İqtisadiyyatın mərkəzdən planlandığı sistemdən miras qalan köhnə texnologiyalar, fabrik və zavodlar sərbəst bazar iqtisadiyyatının şərtləri ilə ayaqlaşa bilmədi. Meydana çıxan problemlərdən sonra onlardan bir çoxu fəaliyyətini dayandırdı, geri qalanı isə, istehsal gücünü azaldaraq işləməyə davam etdi. İş yerlərinin bağlanması nəticəsində isə, işsizlərdən ibarət böyük bir ordu yarandı.

Artıq 1993-cü ildə, Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən tək bir müəssisə qalmamışdı. Ölkə rəhbərliyi bu dövrlərdə çıxardığı qərarlarla müəssisələrin özəlləşdirilməsi üçün işlər görməyə başladı. 1991-92-ci illərdən başlayaraq Azərbaycana gələn türk və xarici iş adamları bu prosesdə aktiv rol almağa başladılar. Belə iş adamları arasında “Azersun Holding” Şirkətlər Qrupunun prezidenti cənab Abdolbari Goozal da vardı. O, gəlişi ilə İntersun Şirkətlər Qrupunun Azərbaycandakı təmsilçiliyini qurdu. Daha sonra isə, bu müəssisə uğurlu biznes fəaliyyəti nəticəsində böyüyərək, bu gün qida sənayesi sektorunda ölkənin aparıcı şirkətlərini birləşdirən böyük bir holdinqə çevrildi.

1982-ci ildə, Türkiyənin paytaxtı Ankara şəhərində idxalat-ixracat sahəsinə fəaliyyət göstərmək məqsədilə bir şirkət quruldu. "Etsun" A.Ş. adı ilə qurulan bu şirkət getdikcə böyüdü və 11 ölkədə 19 şirkətlə fəaliyyət göstərən bir böyük bir şirkətlər qrupuna çevrildi. Bu zəncirin ilk halqası olan "Etsun" A.Ş.-nin ixracat rəqəmləri hələ 1996-cı ildə 65 milyon dollar təşkil edirdi. Daha sonra qrupun mərkəzini Birləşmiş Ərəb Əmirliklərinə köçürülərək burada İntersun adı altında fəaliyyətini davam etdirdi.

"İntersun" Qrupu 1994-cü ilə qədər "Unilever" şirkəti üçün “Teksun” adı altında məhsul istehsal edərək, bu məhsulun Azərbaycanda satışını həyata keçirdi. 1994-cü ilə qədər müxtəlif ticarət və istehsal şirkətləri bir araya gətirilərək İntersun adı altında fəaliyyət göstərən qrup, Azərbaycanda “Azersun Holding” Şirkətlər Qrupu adı ilə işə başladı. O zamandan etibarən “Azersun Holding” inkişaf edərək, "İntersun"un MDB ölkələrində fəaliyyət göstərən qurumuna çevrildi və inkişafı ilə də Azərbaycan iqtisadiyyatına böyük töhfələr verməyə başladı. Bunların arasında holdinqin hər il dövlət büdcəsinə ödədiyi 10 milyon ABŞ dolları həcmində vergini və 3 minə yaxın insanın işlə təmin olunmasını nümunə göstərmək olar.

"İntersun"un 1990-cı ilin əvvəlindən Gürcüstanda qurduğu "F&C Company" şirkəti, “Azersun Holding”in istehsalı olan məhsulları da satış şəbəkəsinə daxil etməklə bu məhsulların növlərinin artmasını təmin etmişdir.

Azersun 1994-cü ildə ilk dəfə olaraq birbaşa xarici sərmayə ilə yağ zavodunu özəlləşdirməklə Azərbaycanda “holding” anlayışının bünövrəsini qoymuşdur.

Sözügedən yağ zavodu 1938-ci ildə yağ anbarı olaraq qurulmuş və 25 avqust 1952-ci ildən “Marqarin Zavodu” olaraq fəaliyyət göstərmişdir. Zavod 1969-cu ildə yeni "Alfa-Laval" və 1976-cı ildə "De Smet" xəttinin əlavə olunması ilə istehsal gücünü daha da artırmışdı. 1994-cü ilə qədər zavodda marqarin və mətbəx yağları istehsal edildi.

Sovet İttifaqı dağıldıqdan sonra müəssisədə istehsalın həcmi tədricən azalmış və daha sonra tamamilə dayandırılmışdı. Azərbaycan hökuməti marqarin zavodunu özəlləşdirmə proqramına daxil etdi. Proqrama əsasən dövlət, yeni təchizatların və maşınların sifarişlərini maliyyələşdirməyi planlaşdırıldı. 1994-cü il mayın 2-də zavodun bir hissəsi İntersun tərəfindən özəlləşdirildi, digər hissəsi isə, dövlət nəzarətində qaldı. Zavod 1996-cı il may ayının 3-dən etibarən “Caspian Vegetable Ghee Factory” adı altında fəaliyyət göstərmişdir. Bir müddət sonra yenidənqurma layihəsinə əsasən zavodda istehsal prosesi dayandırıldı. Köhnə xətlər layihə üzrə təmir edildi və zavod 31 dekabr 1997-ci ildən “Bakı Yağ və Qida Sənaye” adı altında yenidən istehsalata başladı.

“Azersun Holding” bununla kifayətlənməyərək 1996-cı ildə Sabunçu rayonunda yerləşən çay paketləmə fabrikini də tərkibinə daxil etdi. Müəssisə daha sonra modern texniki avadanlıqlarla təchiz olunaraq “Sun-Tea Azerbaycan” ASC adı altında fəaliyyət göstərməyə başladı. Bu gün fabrikin istehsal gücü gündəlik 70-80 tondur (yaşıl çay).

Qida sənayesi müəssisələrini birləşdirən holdinqin çay sektoru başda olmaqla fəaliyyət göstərdiyi bütün sahələrdə istehsal olunan məhsulların paketləməsi çox önəmli olduğuna görə 1996-cı ildə “Karton Fabriki”nin bünövrəsi qoyuldu. 1970-ci ildə Abşeron rayonunda qurulan bu fabrik artıq “Bakı Karton Tara” ATSC adı altında fəaliyyət göstərməyə başladı. Türkiyənin kağız sənayesi sahəsində ən böyük müəssisələrindən biri olan “Kahramanmaraş Kağıt Sanayi” ilə ortaq olan və 1996-cı ildə 60 min m2 istehsal sahəsində yenidən qurulan fabrik, indi öz istehsal keyfiyyəti ilə bütün keçmiş Sovet dövlətləri arasında böyük ad qazanmışdır.

Gün-gündən böyüyən holdinqin maliyyə əməliyyatlarının yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi zərurəti "Capital Investment" Bankın (CI Bank) yaranmasına səbəb oldu. 1996-cı ildə paytaxtın Səbail rayonunda qurulan bank 28 sentyabr 1996-cı il tarixində Azərbaycan Respublikası Milli Bankından lisenziya alaraq fəaliyyətə başlamışdır. 1 milyon 250 min ABŞ dolları sərmayə ilə qurulan bankın yaradılmasında əsas məqsəd Azərbaycanda sərmayə qoyan və qoymaq istəyən iş adamları və şirkətlərə hər mövzuda məsləhətlər vermək və lazım olduğunda onlarla birgə layihələr həyata keçirməkdir. Daşınan və daşınmaz əmlakın zəmanət altına alınması üçün sığortaçılıq xidmətlərinə də ehtiyac olduğundan 1996-cı ildə CI Banka bağlı olaraq CI Sığorta şirkəti quruldu. Şirkət 1997-ci ildə Azərbaycan Dövlət Sığorta Nəzarətindən lisenziya alaraq, 250 min dollar sərmayə ilə fəaliyyətə başlamışdır.

“Azersun Holding”, "Petrol-Trans" şirkətinin şərikliyi ilə neft daşınması fəaliyyəti də həyata keçirir. Holdinq bu işlərin 95 %-ni 2002-ci ildən etibarən Dübəndi Limanında fəaliyyət göstərən və əsas işi neft daşınmaları olan “Middle East Petroleum” şirkəti ilə görməkdədir.

Holdinqə daxil olan “Qarabağ” Futbol Klubu isə, şirkətin uğurlu sosial fəaliyyətlərindən biridir. 2000-ci ildən holdinqin dəstəyini alan “Qarabağ Ağdam” klubunun adı “Qarabağ Azersun” olaraq dəyişdirilmişdi. Daha sonra isə klubun adı yenidən dəyişdirilərək “Qarabağ” adlandırıldı.

Hal-hazırda “Azersun Holding” Şirkətlər Qrupu İraq, Yaxın Şərq və MDB ölkələrində keyfiyyətli məhsulları ilə tanınır. Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 9000 sertifikatlarına sahib müəssisələri ilə holdinq, insanlara keyfiyyətli məhsul və xidmətlərini təklif edir.