Azersundan xəbərlər

MÜƏSSİSƏLƏRIMIZIN NÖVBƏTİ UĞURU

6 mart 2010

Yüksək keyfiyyət və idarəetmə standartlarına malik olan iki müəssisəmiz Müstəqil Dövlətlər Birliyinin ali mükafatın layiq görülmüşlər.

İstehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə bir sıra beynəlxalq və yerli müsabiqə, festifallarda uğurla iştirak edən müəssisələrimiz Moskvada keçirilən Beynəlxalq İqtisadi Forumda mükafat layiq görülmüşlər.

Həmin müəssisələrimizdən olan Qafqaz Konserv Zavoduna və  İmişli Şəkər Zavoduna yüksək keyfiyyətə və idarə etmə standartlarına malik olduğuna görə Müstəqil Dövlətlər Birliyinin ali mükafatı təqdim olunmuşdur. Belə ki, Qafqaz Konserv Zavodu diplomant, İmişli Şəkər Zavodu isə ikinci yerə layiq görülmüşdür.
Moskvadanın “Prezident” otelində keçirilən mükfatlandırma mərasimində Qafqaz Konserv Zavodunun mükafatı, müəssisənin müdiri Əmr Zeynalzadəyə, İmişli Şəkər Zavodunun  mükafatı isə Muğan Bölgə İstehsalat Koordinatoru İsmayıl Müslimzadəyə təqdim edilmişdir.

Nəzərinizə çatdırırq ki, hər iki müəssisəmiz göstərdikləri nəticələrə görə qaliblər arasında ən yüksək balla qiymətləndirilmişdir.

[Əvvəlki] [Sonrakı]