Azersundan xəbərlər

“AZERSUN HOLDINQ” MÜQƏDDƏS RAMAZAN AYINDA DA NÖVBƏTI QANVERMƏ AKSIYASINI DAVAM ETDIRDI.

18 avqust 2010

Bu dəfə şirkətlər qrupuna daxil olan İmişli Şəkər Zavodunun, Biləsuvar konserv Zavodunun, “Natural Greenland” müəssisəsinin, və “AŞİB - Aqro”nun əməkdaşları qanvermə aksiyasına qoşuldular.

Sosial layihələrə geniş yer verən “Azersun Holdinq” xüsusi qayğıya ehtiyacı olan insanları daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə də şirkətlər qrupu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə artıq ənənə halını almış “Siz qan verməklə başqalarına həyat verirsiniz” başlığı altında növbəti qan vermə aksiyasını keçirib. Bu aksiyanın əsas məqsədi respublikanın qan bankına və talassemiyadan əziyyət çəkənlərə yardım etməkdir.

Artıq dördüncü ildir ki, “Azersun Holdinq”in bütün müəssisələrində bu aksiya keçirilir. Bu il may ayında Beynəlxalq Talassemiya ilə Mübarizə Günü ilə bağlı növbəti qanvermə aksiyasını Bakıda “Azersun Holdinq”in Mərkəz ofisində keçirən şirkətlər qrupu, 17 avqustda bu aksiyanı İmişli və Biləsuvarda davam etdirdi. 200-ə yaxın Azersun Holdinq əməkdaşının iştirak etdiyi qanvermə aksiyası yaxın vaxtlarda digər rayonlarda da keçiriləcəkdir. Donorlardan alınan qan Mərkəzi Qan Bankına təhvil verilir.

[Əvvəlki] [Sonrakı]