Azersundan xƏbƏrlƏr
ABDULBARI GÖZƏL VƏ "AZƏRSUN HOLDİNQ", SAHİBKARLARIN VƏ SƏNAYƏÇİLƏRİN BEYNƏLXALQ KONQRESİ TƏRƏFİINDƏN ALI MÜKAFATA LAYIQ GÖRÜLMÜŞDÜR
23 fevral 2011
“Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdulbari Gözəl Sahibkarların və Sənayeçilərin Beynəlxalq Konqresi tərəfindən İstehsalatda tətbiq olunan qabaqcıl texnologiyalara görə “Minillik” və İntellektual cəmiyyətin inkişafına verdiyi töhfələrə və müasir dünyada peşəkar nailiyyətlərinə görə “Şöhrət çələngi” mükafatına layiq görülmüşdür. Hər iki mükafat 22 fevral tarixində Rusiya Prezidenti Admnistrasiyasının İşlər İdarəsinin “Prezident” otelində təşkil olunan təntənəli mərasimdə cənab Abdulbari Gözələ təqdim olunmuşdur. Mərasimdə Rusiya ictimaiyyətin tanınmış nümayəndələri və dövlət rəsmiləri iştirak etmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

