Azersundan xƏbƏrlƏr

"KOSMOS VƏ MƏN" RƏSM MÜSABİQƏSİNİN YEKUN NƏTİCƏLƏRİ AÇIQLANDI

24 fevral 2011

"Azərsun Holdinq" və "Park Bulvar"ın təşkil etdiyi "Kosmos və mən" adlı rəsm müsabiqəsi yekunlaşdı.

Fevral ayının 23-də “Park Bulvar” alış-veriş mərkəzində “Kosmos və Mən” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Xatırladaq ki, “Kosmos və Mən” rəsm müsabiqəsinə 2010-cü ilin  iyul ayında start verilmişdir.

Müsabiqəyə 70-ə qədər gənc rəssam qatılmışdır.  Rəsm əsərlərinin arasında peşəkar münsiflər heyəti tərəfindən  19 rəssam qalib olaraq seçilmişdir. Ən gənc rəssam 6 yaşında idi. Qaliblərin 26 rəsm əsəri “Park Bulvar” alış-veriş mərkəzində sərgilənir.

Tədbir, “Azərsun Holdinq”in vitse-prezidenti Tahir Gözəl tərəfindən açıq elan olundu.  İlk olaraq rəssamlara “Park Bulvar” alış-veriş mərkəzinin 4-cü mərtəbəsində yerləşən  “Tusi–Bohn” planetarisində film nümayiş olundu.

Filmin nümayişi başa çatdıqdan sonra rəsm müsabiqəsinin qalib əsərləri barədə məlumat verdilər. Müsabiqənin qaliblərinə dəyərli hədiyyə və sertifikatları təqdim edən Tahir Gözəl qeyd etdi ki, “Park Bulvar” aliş-veriş mərkəzi fəaliyyətə başladığı gündən gənc istedadlara dəstək olub və olacaq.

[Əvvəlki] [Sonrakı]