Azersundan xƏbƏrlƏr
"AZƏRSUN HOLDİNQ" İDARƏ HEYƏTİNİN SƏDRİ ABDOLBARİ GOOZAL, HACI ZEYNALABDIN TAĞIYEV MÜKAFATI İLƏ TƏLTİF EDİLMİŞDİR.
4 iyun 2011![]()
|
"Azərsun Holdinq" İdarə heyətinin sədri Abdolbari Goozal, Azərbaycanda biznes mühitin yaxşılaşdırılması və xalqının zəngin-mədəni irsinin qoruması istiqamətində fəaliyyətinə görə ABŞ – Azərbaycan Ticarət Palatası tərəfindən təsis olunmuş Hacı Zeynalabdin Tağıyev mükafatı ilə təltif edilmişdir. Mükafat "Amerika və Azərbaycan üçün biznes imkanları" mövzusunda konfrans ərəfəsində təqdim olunmuşdur. ABŞ – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ – Azərbaycan Ticarət Palatası İdarə heyətinin üzvü James Baker, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Xeyriyyəçi iş adamı Abdolbari Goozal ona təqdim olunmuş mükafatlar arasında Tağıyev mükafatının ona daha doğma olduğunu bildirərək Tağıyevin gördüyü işlərdən danışaraq, onun adını daşıyan mükafata layiq görüldüyünə görə məmnunluğunu bildirmişdir. |
| [Əvvəlki] | [Sonrakı] |


