Azersundan xƏbƏrlƏr

«AZERSUN HOLDING»İN PREZİDENTİ SOMALİDƏ ACLIQ ÇƏKƏN İNSANLARA 200 MİN DOLLARLIQ YARDIM AYIRDI.

17 Avqust 2011

Aclıq və səfalətin hökm sürdüyü Somaliyə şirkətlər qrupunun rəhbəri Abdolbari Goozal yardım karvanı göndərdi.

Somalidə hökm sürən güclü quraqlıq böyük fəsadlara yol açmışdır. 9 milyona yaxın əhalisi olan Somali aclıq, səfalət və bir sıra ağır xəstəliklərə məruz qalmışlar. Və bunun nəticəsində hər gün Somalidə 100-dək uşaq dünyasını dəyişməkdədir. Dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu amansız fəlakətin qarşısının alınması üçün bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, fiziki şəxslər tərəfindən Somaliyə yardımlar göndərilməkdədir. Bu xeyirxah işdə hər zaman sosial məsuliyyəti özündə dərindən dərk edən “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal da vardır.

Şirkətlər qrupunun idarə heyətinin sədri Abdolari Goozal öz şəxsi hesabından Somaliyə 200 min ABŞ dolları məbləğində 10 min nəfərlik ərzaq yardımını Somaliyə göndərmişdir. Yardım üçün şəxsi büdcədən ayrılan məbləğ dəyərində holdinq müəssisələrinin istehsalı olan məhsullardan  şirkətlər qrupunun qida paketləmə müəssisəsində 10 min nəfərlik ərzaq yardımı hazırlanmışdır. Hazırlanan paketlər 5 böyük konteynerə yüklənərək Türkiyənin Mersin şəhərindəki gəmi limanına yollanmışdır. Bakıdan limana yollanan yardım karvanı buradan gəmilərə yüklənərək Somaliyə çatdırılacaqdır.

Somalidə yaşayan insanların bu acınacaqlı vəziyyətinə holdinq rəhbəri Abdolbari Goozal böyük həssaslıqla yanaşaraq özünün də Somaliyə getmə ehtimalının olduğunu bildirmişdir.

Bununla yanaşı şirkət çalışanları da Somaliyə yardım kampaniyasına könüllü şəkildə qoşularaq bu xeyirxah işi dəstəkləmişlər.


[Əvvəlki] [Sonrakı]