Azersun xƏbƏrlƏrİ
AZERSUN HOLDING "MÜSTƏQİL AZƏRBAYCAN 20 İLDƏ" MİLLİ SƏRGİSİNDƏ UĞURLA İŞTİRAK ETDİ.
29 sentyabr 2011
27-29 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Müstəqil Azərbaycan 20 ildə” Milli sərgisində ölkənin ən iri qeyri neft şirkəti olan “Azərsun Holdinq” də geniş şəkildə təmsil olunmuşdur.
Sərginin ilk günündə Azərbaycan Respublikasının Prezidenti Hörmətli cənab İlham Əliyevin sərgi ziyarəti zamanı Azersun Holding stendinə də baş çəkmiş, İdarə Heyəti Sədrimiz Hörmətli Abdolbari Goozal bəy tərəfindən qarşılanmışdır. Şirkətlər qrupunun son nailiyyətləri ilə tanış olan dövlət başçısı, fəaliyyətimiz ilə bağlı məmnunluğunu bildirmişdir.
3 gün davam edən sərgidə ümumilikdə 150 m² sahəni əhatə edən şirkətlər qrupunun pavilyonunda minlərlə sərgi ziyarətçiləri foto və video guşələrdə Azərbaycan müstəqilliyi ilə həmyaş olan holdinqin tarixi və qazandığı uğurlar barədə məlumat alıb, eyni zamanda gündəlik həyat tələbatlarımız olan holdinq istehsalı çay, yağ, konserv, şəkər, duz, kağız və digər məhsullar ilə tanış oldular.
Azərsun pavilyonunun ayrı bir guşəsi holdinqin kənd təsərrüfatı sahəsinə həsr olunmuşdur. Burada Holdinqin ən son aqrar texnika və suvarma sistemləri ilə təchiz olunmuş Natural Green land müəssisəsində ekoloji təmiz qaydalar ilə becərdilən, Global GAP sertifikatına layiq görülmüş meyvə-tərəvəz, çuğundur və digər bitkilər ilə yanaşı, yenicə istifadəyə verilmiş Green Land yem fabrikinin mal qara, toyuq və balıqlar üçün müxtəlif yem nümunələri də təqdim olunmuşdur.
Kənd təsərrüfatı və yemçilik sahəsində əldə etdikləri nou xaoları fermer ilə paylaşmaq məqsədi ilə holdinq mütəxəssisləri tərəfindən elə sərgi stendindəcə tədrislər təşkil olunmuşdur.
| [Əvvəlki] | [Sonrakı] |

