Azersun xƏbƏrlƏrİ
"AZƏRSUN" FONDU ƏLİLLƏR GÜNÜNDƏ BİR SIRA TƏDBİRLƏR HƏYATA KEÇİRDİ
4 dekabr 2011
Həyata keçirdiyi xeyirxah əməlləri ilə hər zaman fərqlənən şirkətlər qrupu əlamətdar günlərdə yardıma ehtiyacı olan insanlardan öz diqqət və qayğısını əsirgəmir. Bunun üçün xüsusi xidmət göstərən və fəaliyyətini bu istiqamətdə quran “Azərsun” fondu 3 dekabr beynəlxalq əlillər günü münasibəti bir sıra sosial layihələr həyata keçirdi.
Belə ki, fond tərəfindən Gender adına Sümük-Vərəm Sanatoriyasının uşaqları üçün şənlik proqramı hazırlanmış, proqramda şən kloun və musiqi ifaları altında əylənən balacalara hədiyyələr təqdim edilmişdir. Həmçinin Əlillərin Dizayn Assosiasiyasının leykoz və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarına bayram sovqatı verilmişdir.
| [Əvvəlki] | [Sonrakı] |

