Azersun xƏbƏrlƏrİ

NÖVBƏTİ BEYNƏLXALQ UĞURUMUZ

14 dekabr 2011

10-13 dekabr tarixlərində İngiltərənin Oksford şəhərində Avropa biznes asammbleyasının təşkilatçılığı ilə ənənəvi Oksford liderlər sammiti keçirilmişdir. Sammitin işində Avropanın nüfuzlu ictimai-siyasi xadimləri və iş adamları iştirak etmişlər. Sammit çərçivəsində Avropa biznes assambleyasının ali mükafatlarının təqdimetmə mərasimi də keçirilmişdir.

12 dekabr tarixində Oksford şəhər meriyasında baş tutan tədbirdə, “Azərsun Holdinq” – nail olduğu dinamik inkişafa görə “Ən yaxşı müəssisə” (Best Enterprises), şirkətin qurucusu və idarə heyətinin sədri Abdolbari Goozal isə “İlin ən yaxşı meneceri” (Best manager of the year) nişanı ilə təltif edildi.

Mükafatlar şirkətlər qrupunu təmsil edən idarə heyətinin üzvü Tahir Gözələ təqdim edildi.

 

 

 


[Əvvəlki] [Sonrakı]