Azersun xƏbƏrlƏrİ
"AZƏRSUN HOLDİNQ" YENİ İLDƏ BALACALARI SEVİNDİRDİ
30 Dekabr 2011
Şirkətlər qrupu tərəfindən hər il balacalar üçün təşkil edilən və artıq bir ənənə halını alan Yeni il şənlikləri bu dəfə də körpələrin sevinc payı oldu.
Şirkət fəlsəfəsinə uyğun olaraq sosial məsuliyyətə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq” bayramlarda şirkət işçilərinin övladlarını heç vaxt diqqətdən kənarda qoymur. Onların bayramı xoş və səmərəli keçirməsi üçün şənlik proqramları təşkil edir.
Beləliklə dekabr ayının 30-da holdinqin mədəniyyət mərkəzində təşkil olunmuş Yeni il şənliyinə dəvət olunan körpələr burada Şaxta baba və Qar qızla bolluca əyləndilər. Uşaqlar musiqi sədaları altında rəqs etdilər. Daha sonra şənlikdə iştirak edən şən klounların çıxışları da balacaların lap ürəyincə oldu.
Təşkil olunan bayram proqramında “Face art” uşaqların böyük marağına səbəb oldu.
Uşaqlar şənliyin birinci hissəsində Şaxta baba, Qarqız və şən klounlarla birlikdə əylənərək mahnı oxuyub, şer söylədilər. İkinci hissədə isə istedadlı aktyorların səhnələşdirdiyi müxtəlif nağıl qəhrəmanlarından ibarət nümayiş olunan tamaşaya baxdılar.
Bayram şənliyinin sonunda balacalara bayram sovqatı verildi.
| [Əvvəlki] | [Sonrakı] |

